Ukraynada münaqişənin nizamlanması tərəflərin əvvəlki təşəbbüslərlə razılaşmaması səbəbindən yeni ideya və təkliflərin irəli sürülməsini zəruri edir.
Bakigundem.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio rusiyalı həmkarı Sergey Lavrovla keçirilən görüşdən sonra bəyan edib.
Manilada baş tutan ASEAN xarici işlər nazirlərinin 59-cu konfransında jurnalistlərin suallarını cavablandıran diplomat qeyd edib ki, sülhün bərqərar olması yalnız yeni konsept və ideyaların tapılması sayəsində mümkündür.
Dövlət katibi, həmçinin Vaşinqtonun müvafiq şərait və formada öz yeni təkliflərini təqdim etməyə hazır olduğunu diqqətə çatdırıb.










Leave a Reply