Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Yeniyetmə cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşır

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət cüdo millisi Avropa çempionatına hazırlığı Şamaxıda davam etdirir.

Bakigundem.com xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti bildirib.

Təlim-məşq toplanışına yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edir. Gündə iki dəfə məşq edən cüdoçular fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsi istiqamətində də intensiv çalışmalar aparırlar.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *