Azərbaycanlı güləşçi U-17 Avropa çempionatında finala yüksəlib

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında Azərbaycan təmsilçisi Xədicə Qurbanzadə finala vəsiqə qazanıb.

Bakigundem.com xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan idmançımız polşalı Zuzanna Ptak və finlandiyalı Kerttu Helmi Uşanoffanı 10:0 hesabı ilə məğlub edib. Xədicə yarımfinalda Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovaya 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə ukraynalı Olena Kolubayla qarşılaşacaq.

Məryəm Əmrəli (57 kq) ilkin mərhələdə italiyalı Sara Servedioya (2:8), Nuray Həsənli (65 kq) isə 1/8 finalda türkiyəli Bade Doğana (0:11) məğlub olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *