Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.
Bakigundem.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında post paylaşılıb.
Nazirlik Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçirdiyi hərbi təlimlər zamanı insanların faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirdiklərini qeyd edib:
“Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, onların ailələrinə bu ağır günlərdə güc və səbir versin. Hazırda itkin düşənlərin sağ-salamat xilas ediləcəyinə ümid edir, yaralanan hərbçiyə isə tezliklə şəfa diləyirik”.













Leave a Reply