Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Ülvi İsgəndərov “Araz-Naxçıvan”la yeni müqavilə imzalayıb

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb. 

Bakigundem.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ülvi İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024-2025-ci illər mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla yeni müqavilə imzalayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *