Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Tacikistan XİN Azərbaycan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Tacikistan Respublikasının Xarici İşlər Naziri Sirojiddin Muhriddin Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bakigundem.com xəbər verir ki, bu barədə Taciksitan XİN məlumat yayıb.

Görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığa yüksək qiymət verdilər.

Nazir səfirə Tacikistan və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *