Səudiyyə Ərəbistanının Ras-Tannura şəhərində dövlətə məxsus “Saudi Aramco” neft şirkətinə aid helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.
Bakigundem.com xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində helikopterin göyərtəsində olan 14 nəfərin hamısı həlak olub.
Ölənlərin hamısının Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilib.
Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün səlahiyyətli qurumlar araşdırmalara başlayıblar.













Leave a Reply