Şəhid ailələri və müharibə əlillərinə mənzil əvəzinə pul kompensasiyası verilməsi təklif olunur.
Bakigundem.com xəbər verir ki, deputat Qüdrət Həsənquliyev şəhid ailələri, müharibə əlilləri və mənzilə ehtiyacı olan hərbçilərə ev əvəzinə pul kompensasiyasının ödənilməsini təklif edib.
Deputatın sözlərinə görə, bu mexanizm tətbiq olunarsa, həmin şəxslər özləri üçün uyğun ərazidə mənzil ala, yaxud torpaq sahəsi əldə edərək fərdi yaşayış evi tikə bilərlər.
Qüdrət Həsənquliyev, həmçinin mənzil növbəsində olan şəxslərin ümumi sayının, son 6 il ərzində mənzillə təmin edilənlərin sayının və 2027-ci ildə mənzil alacaq şəxslərin sayına dair məlumatların açıqlanmasını istəyib.











Leave a Reply