Azərbaycanda təhsil və elm xərclərinin 2027-ci ildə 5,4 milyard manata çatacağı proqnozlaşdırılır

2027-ci ildə Azərbaycanda təhsil və elm xərclərinin 5,4 milyard manat olması proqnozlaşdırılır.

Bakigundem.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dörd komitəsinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 538 milyon manat və ya 11 faiz çoxdur. 2023–2027-ci illər ərzində təhsil və elm xərclərinin 1 milyard manat və ya 24 faiz artırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, təhsil və elm xərclərinin ümumi daxili məhsulda payı 3,8 faiz təşkil edəcək. Dünya üzrə orta göstərici isə 3,6 faizdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *