Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə 242 ton propan göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bakigundem.com xəbər verir ki, çəkisi 242 ton olan 7 vaqondan ibarət propan Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 50 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1172 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *