Qırğızıstanda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşü keçiriləcək

30 iyul – 1 avqust tarixlərində Qırğızıstanda Azərbaycan və Mərkəzi Asiya dövlətləri başçılarının qeyri-rəsmi məsləhətləşmə görüşü keçiriləcək.

Bakigundem.com xəbər verir ki, bu barədə “Kabar” məlumat yayıb.

İclasda Qırğızıstan Prezidenti Sadır Japarov, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər.

Dövlət başçıları ticarət, enerji, turizm sahələrində əməkdaşlığın gücləndirilməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və regionda mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər.

Onlar həmçinin regional təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin aktual məsələləri barədə fikir mübadiləsi aparacaqlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *