Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev ilə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi – Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı olub.
Bakigundem.com xəbər verir ki, bu barədə Qazaxıstan XİN məlumat yayıb.
Tərəflər enerji sektorunda əməkdaşlıq məsələlərinə və Xəzər Boru Kəməri Konsorsiumu (CPC) çərçivəsində, beynəlxalq enerji təchizatı infrastrukturunun inkişafının gələcək perspektivlərinə diqqət yetiriblər.
Söhbət zamanı tərəflər tərəfdaşlıq münasibətlərini gücləndirməkdə maraqlı olduqlarını təsdiqləyiblər və perspektivli əməkdaşlıq sahələrini genişləndirmək üçün qarşılıqlı öhdəliklərini ifadə ediblər.














Leave a Reply