Orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçiminin tarixləri açıqlanıb

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin keçiriləcəyi tarixlər açıqlanıb.

Bu barədə Bakigundem.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək aparılacaq.

Abituriyentlər müəyyən edilmiş müddətdə elektron ixtisas seçimi ərizəsini dolduraraq müsabiqədə iştirak edə bilərlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *