Məktəblərdə geyim qaydası necə olmalıdır?

Məktəb mühitində səliqəli və vahid geyim tərzinə riayət edilməsi şagirdlərin təhsil müəssisəsinin daxili qaydalarına uyğun davranışının bir hissəsi hesab olunur.

Məktəbli formasının üzərinə diqqətçəkən gödəkçələrin, iri aksesuarların və uyğun olmayan əlavələrin seçilməsi, eləcə də həddindən artıq qısa ətəklər və qeyri-rəsmi ayaqqabılardan istifadə məktəb geyim tərzinə uyğun hesab edilmir.

Şagirdlərə məktəbli formasını səliqəli geyinmək, ona uyğun klassik ayaqqabı seçmək, saç düzümündə və aksesuarlarda sadəliyə üstünlük vermək tövsiyə olunur. Çanta seçimində də rahatlıq və gündəlik məktəb fəaliyyətinə uyğunluq nəzərə alınmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *