Avqustun 17-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
️DİN-in Mətbuat Xidmətindən Bakigundem.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.














Leave a Reply