Ölkə ərazisində 51 cinayət hadisəsinin açılması təmin olunub

Avqustun 17-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

️DİN-in Mətbuat Xidmətindən Bakigundem.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *