NATO-nun baş katibi Mark Rutte bildirib ki, alyans Ukraynaya dəstəyi davam etdirmək, həm maliyyə, həm də hərbi yardımı sabit səviyyədə saxlamaq niyyətindədir.
Bakigundem.com xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynaya yardım əhəmiyyətli, proqnozlaşdırıla bilən və davamlı qalmalı, eyni zamanda ölkənin əsas ehtiyaclarına uyğun olmalıdır.
NATO baş katibi həmçinin qeyd edib ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskini 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO liderlərinin sammitinə dəvət edib.
“Zelenski ötən il NATO liderlərinin Haaqadakı sammitində olduğu kimi, indi də Ankaraya gələcək”, – deyə Rütte vurğulayıb.














Leave a Reply