Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Livan və İsrail atəşkəs şərtləri üzrə razılığa gəlib

Livan və İsrail atəşkəs şərtləri barədə razılığa gəliblər. 

Bakigundem.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bəyanata görə, atəşkəs İranın dəstəklədiyi Livan Hizbullah qruplaşmasının tamamilə tərksilah edilməsi və üzvlərinin Livanın cənubundan çıxarılması şərti ilə həyata keçirilir.

Saziş həmçinin Livan Silahlı Qüvvələrinin nəzarəti quracağı zonaların yaradılmasını da nəzərdə tutur.

Tərəflər qeyd edirlər ki, hərtərəfli razılığa gəlmək məqsədilə danışıqlar iyunun 22-də yenidən başlayacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *