Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Konqoda Ebola təhlükəsi: Kütləvi toplantılar qadağan edildi

Konqo Demokratik Respublikası hakimiyyəti Ebola virusunun yayılması təhlükəsi ilə əlaqədar paytaxt Kinşasa, eləcə də Tşopo, Haut-Uele və Bas-Uele əyalətlərində kütləvi toplantıları qadağan edib.

Bakigundem.com yerli KİV-ə istinadən xəbər verir ki, müvafiq göstəriş ölkənin daxili işlər naziri Jakman Şabani tərəfindən təsirlənmiş əyalətlərin rəhbərlərinə göndərilib.

Sənəddə bildirilir ki, məhdudiyyətlər Ebola virusunun yayılması ilə bağlı artan ictimai sağlamlıq riskləri səbəbindən tətbiq olunur. Rəsmilər yüksək əhali hərəkətliliyi və bəzi əyalətlərin potensial epidemiya ocaqlarına yaxınlığının infeksiyanın daha sürətlə yayılmasına səbəb ola biləcəyini qeyd ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *