Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.  

Bakigundem.com xəbər verir ki, telefon danışığı zamanı bölgəmizdə müşahidə olunan hərbi eskalasiyam və artan təhlükəsizlik riskləri ilə bağlı dərin earahatlıq ifadə olunub.

Mövcud vəziyyətin daha da genişlənməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.

Nazir Anita Anand keçən ilin iyul ayında hərbi eskalasiya zamanı İranda olan Kanada vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən tranzit keçidinə yaradılmış şəraitinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.

Həmin dövrdə göstərilmiş operativ və humanitar dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Mövcud təhlükəsizlik şəraitini nəzərə alaraq, zərurət yarandığı təqdirdə Kanada vətəndaşlarının İrandan təxliyəsi məqsədilə Azərbaycan sərhədindən istifadəsi ilə bağlı mümkün perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *