İranın müxtəlif bölgələrində, o cümlədən Hörmüzqan və Xuzistan vilayətlərində müxtəlif gücdə zəlzələlər qeydə alınıb.
Bakigundem.com xəbər verir ki, yerli “Fars” agentliyinin yaydığı məlumata görə, ilkin olaraq Hörmüzqan vilayətində 3,7 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Daha sonra Xuzistan vilayətinin Salend bölgəsində 5,0 maqnitudalı növbəti zəlzələ baş verib. Bu təkanlar regionun Andimeşk, Şuş və Əhvaz kimi bir çox şəhərlərində də hiss olunub.
Məlumata görə, güclü zəlzələdən bir qədər sonra Salend ərazisində 4,0 maqnitudalı yeraltı avterşok da qeydə alınıb.










Leave a Reply