Hikmət Hacıyev Buxarada Yusif Qarabağinin məzarını ziyarət edib

Prezidentin köməkçisi Hikmət Hacıyev Buxarada Yusif Qarabağinin məzarını ziyarət edib.

Bakigundem.com xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.

“Qarabağdan Buxaraya uzanan bir elm yolu…

XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub.

1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib.

Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır.

Qarabağdan Buxaraya — əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü”, – paylaşımda qeyd olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *