Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Hakan Fidan və Abbas Əraqçi İran-ABŞ danışıqlarını müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bu barədə Bakigundem.com Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. 

Hakan Fidan İran və ABŞ arasında əldə olunmuş razılaşma ilə bağlı proseslərin müsbət nəticə ilə yekunlaşacağına ümid etdiyini bildirib.

Türkiyəli nazir razılaşmanı pozmağa yönəlmiş təxribatlara qarşı diqqətli olmağın vacibliyini vurğulayaraq Türkiyənin regionda sülhün, əmin-amanlığın və sabitliyin möhkəmləndirilməsinə töhfələrini qətiyyətlə davam etdirəcəyini qeyd edib.

Əraqçi ABŞ ilə İran arasında aparılan danışıqlar prosesinə verdiyi töhfələrə görə Türkiyəyə təşəkkür edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *