Hakan Fidan sentyabrın 15-16-da Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Bakigundem.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, səfər 15-16 sentyabr tarixlərində baş tutacaq.

Hakan Fidanın Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi planlaşdırılır.

Eyni zamanda, Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla, habelə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *