Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə günü Banqladeş xarici işlər naziri Xəlilur Rəhmanın dəvəti ilə Banqladeşə iki günlük rəsmi səfər edəcək.
Bakigundem.com xəbər verir ki, bu barədə “AA” məlumat yayıb.
Bildirilib ki, Fidanın Banqladeşə ilk səfəri olacaq. Səfəri zamanı onun Banqladeşin Baş naziri Tarique Rahman tərəfindən qəbul ediləcəyi və xarici işlər naziri Xəlilur Rahmanla danışıqlar aparacağı gözlənilir.
Həmçinin, Hakan Fidan səfər çərçivəsində yüksək vəzifəli şəxslərlə danışıqlar aparacaq, ticarət, təhlükəsizlik və regional inkişaf məsələlərini müzakirə edəcək.















Leave a Reply