Gürcüstandan 96 xarici vətəndaş deportasiya edilib

Gürcüstanda son günlərdə görülən tədbirlər nəticəsində 96 xarici vətəndaş ölkədən deportasiya edilib.

Bakigundem.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstan Miqrasiya Departamenti tərəfindən görülən kompleks tədbirlər nəticəsində Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, Nigeriya, Belarus, Kuba, Fil Dişi Sahili, Madaqaskar, Albaniya, Özbəkistan, Livan, Mərakeş, İordaniya, Tayland və digər ölkələrin 96 vətəndaşı ölkədən çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *