Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 54 xarici vətəndaş deportasiya edilib

Gürcüstanda 54 xarici vətəndaş deportasiya edilib.

Bakigundem.com xəbər verir ki, bu barədə müvafiq ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Görülən kompleks tədbirlər nəticəsində Nigeriya, Hindistan, Nepal, Özbəkistan, Türkiyə, İordaniya, Misir, Azərbaycan, Yəmən, Türkmənistan, Çin, Pakistan və Livan vətəndaşları da daxil olmaqla 54 qanunsuz əcnəbi saxlanılıb.

Qeyd edilib ki, onların ölkədən deportasiyası üçün müvafiq prosedurlar həyata keçirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *