Gürcüstan Rustavi-Qırmızı Körpü və Algeti-Sadaxlo avtomobil yollarının hissələrinin tikintisi üçün beynəlxalq tenderləri yenidən elan edərək layihəni dörd yerə bölüb.
Bakigundem.com xəbərinə görə, layihənin ümumi uzunluğu 61,2 kilometr olan dördzolaqlı beton yolun tikintisi nəzərdə tutulur.
Bu, Gürcüstanın yol şəbəkəsini Qırmızı Körpü keçid məntəqəsi istiqamətində Azərbaycan sərhədi ilə, eləcə də Sadaxlo istiqamətində Ermənistan sərhədi ilə birləşdirəcək.
Magistral yol Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsinə çevriləcək.
Layihəyə həmçinin beynəlxalq yol təhlükəsizliyi standartlarına uyğun olaraq 26 körpü, 11 yol qovşağı və açıq işıqlandırma sisteminin tikintisi daxildir.
Tikinti Avropa İnvestisiya Bankı və Gürcüstan dövlət büdcəsi ilə birgə maliyyələşdiriləcək. Layihə sənədləri Dünya Bankının dəstəyi ilə Hollandiya şirkəti tərəfindən hazırlanıb.
















Leave a Reply