Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Əli Əsədov Daşkənddə Şavkat Mirziyoyevlə görüşüb

Daşkənd şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 16-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bakigundem.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *