ABŞ Prezidenti Donald Tramp Çinə rəsmi səfərə yola düşüb.
Səfər zamanı onu Dövlət katibi Marko Rubio, Müdafiə katibi Pit Heqset, Xəzinədarlıq katibi Skott Bessent və digər yüksək vəzifəli dövlət rəsmiləri müşayiət edirlər.
Məlumata görə, səfər çərçivəsində Tayvan məsələsi və Çin–İran münasibətləri əsas müzakirə mövzuları olacaq. 14–15 may tarixlərində Pekində ABŞ Prezidenti Çin lideri Si Cinpin ilə görüş keçirəcək.
Səfərdə həmçinin ABŞ-nin 16 böyük şirkətinin rəhbərləri də iştirak edir. Onların arasında İlon Mask və Tim Kuk da yer alır.
Qeyd edək ki, bu səfər Donald Trampın prezident kimi Çinə ikinci rəsmi səfəri olacaq.













Leave a Reply