Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (BCF) bayrağının təhvil-təslim mərasimi keçirilib.
Bakigundem.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat verib.
Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, BCF-nin baş katibi Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev iştirak ediblər.
BCF bayrağı arenadakı dirəkdən endirilərək əsas səhnəyə gətirilib. E. Məmmədli bayrağı L. Allana, o isə 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi K. Yesekeyevə təhvil verib. Bununla da yarışa ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib.
Mərasimin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.













Leave a Reply