Çində 5,7 maqnitudalı zəlzələ baş verib

Çinin şimalındakı Çinhay əyalətində 5,7 maqnitudada zəlzələ baş verib.

Bakigundem.com-un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 186 000 əhalisi olan Dunhuan şəhərindən 267 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *