Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Ceyhun Bayramovun Moskvaya səfəri gözlənilir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tezliklə Moskvaya səfər edəcək. 

Bakigundem.com xəbər verir ki, bunu RTVI-yə verdiyi müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər nazirinin Moskvaya səfərinin tarixləri hələlik dəqiqləşdirilməyib. 

“Bununla belə, biz Azərbaycanlı həmkarlarımızla Rusiya-Azərbaycan münasibətləri ilə bağlı bütün məsələləri, o cümlədən siyasi, ticarət-iqtisadi və ən əsası mədəni-humanitar ikitərəfli gündəliyi müzakirə etməyə ümid edirik”, – deyə o, qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *