Londonun “Çelsi” klubunun sabiq hücumçusu karyerasını Səudiyyə Ərəbistanı təmsilçisində davam etdirəcək.
Bakigundem.com xəbər verir ki, 32 yaşlı belçikalı futbolçu yeni komandasına azad agent statusu ilə qoşulub.
Qeyd edək ki, təcrübəli forvard 2025-ci ilin fevral ayından etibarən Almaniyanın “Ayntraxt” klubunun formasını geyinib. O, Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 21 qarşılaşmada 4 dəfə rəqib qapılarına yol tapıb.
Karyerası ərzində bir sıra tanınmış Avropa klublarında çıxış etmiş hücumçu daha əvvəl “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Çеlsi”, “Kristal Pelas”, “Valensiya”, “Borussiya” (Dortmund), “Marsel” və Belçikanın “Standard” komandalarının şərəfini qoruyub.
















Leave a Reply