Ceki Çanın rol aldığı məşhur “Tanrının yaraqları” franşizasının yeni filmi “Tanrının yaraqları 4: Ultimatum”un çəkilişlərinin bir hissəsi Azərbaycanda baş tutacaq.
Bakıgundem.com “Variety”yə istinadən xəbər verir ki, layihənin istehsalına bu ilin iyul ayında başlanılması, dünya premyerasının isə 2027-ci ilin ikinci rübündə keçirilməsi planlaşdırılır. Filmin çəkilişləri Azərbaycan və Qazaxıstanda aparılacaq.
Filmin süjetində Ceki Çanın canlandırdığı “Asiya qırğısı” adlı qəhrəman “Tumar” adlı qədim artefaktın axtarışına çıxır.
Qeyd edək ki, “Tanrının yaraqları” seriyası ilk dəfə 1986-cı ildə təqdim olunub və dünya kino tarixinin ən məşhur döyüş filmləri franşizalarından biri hesab edilir.













Leave a Reply