“Araz-Naxçıvan”ın yeni baş məşqçisi bəlli olub.
Bakigundem.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu vəzifəyə Cavid Hüseynov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.
















Leave a Reply