Bu il 1235 nəfər Qarabağ Universitetinə qəbul olub.
Bakigundem.com xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilmiş mətbuat konfransında bildirib.
Qarabağ Universitetinə 2026–2027-ci tədris ili üzrə 1 403 plan yeri üzrə 49 ixtisas üzrə 1 235 tələbə qəbul olunub.
Qəbul olanların yarısı 500 və daha yüksək bal toplayıb. Universitetdə keçid balı 500-dən yuxarı olan 13 ixtisas var. Ən yüksək göstəricilər Tibb (634,2 bal), Stomatologiya (624,3 bal) və Hüquqşünaslıq (600,8 / 600,1 bal) ixtisaslarında qeydə alınıb. Həmçinin qəbul olunan tələbələrin 60 faizindən çoхunu qızlar təşkil edir.













Leave a Reply