Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümüdür.
Azərbaycan Silahlı Qüvvələrinin təməli Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncə şəhərində qoyulub.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli ordu fəaliyyətini dayandırıb. Dövlət müstəqilliyini bərpa etdikdən sonra isə 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Azərbaycan Silahlı Qüvvələri yenidən formalaşdırılıb.
Bu gün Azərbaycan Ordusu peşəkarlığı, döyüş hazırlığı və müasir maddi-texniki bazası ilə regionun ən güclü ordularından biri hesab olunur.
Silahlı Qüvvələrin tərkibinə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.
Azərbaycan xalqı artıq 26 İyun – Silahlı Qüvvələr Gününü xüsusi qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızı işğaldan azad edərək tarixi Zəfərə imza atdı.
Bununla yanaşı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, Qarabağda Azərbaycan dövlətinin suverenliyi bərpa edildi.














Leave a Reply