Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Azərbaycan və Türkmənistan səhiyyə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu mübadilə edib

Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi keçirilib.

Bakigundem.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Mərasim çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu mübadilə olunub.

Memorandumu Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkmənistanın səhiyyə və tibb sənayesi naziri Mıratberdi Qayıpov mübadilə ediblər.

Sənəd iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin genişləndirilməsinə və qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *