Azərbaycan Türkiyə vətəndaşlarını “arzuolunmaz şəxslər” elan edib

Türkiyənin bir sıra vətəndaşları “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.

Bakigundem.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub:

Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri 

Cem Özyurt – Bloger Akın Duru – TV8 və Acunmedya əməkdaşı 

Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri 

Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı 

Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi 

Cüneyt Sezer – Bloger, sosioloq, publisist və siyasi analitik 

Serhat Koyuncu – İctimai xadim Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı 

Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq 

Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025) 

Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri 

Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini 

Aydın Binboğa – İqtisadçı, siyasətçi 

Hakkı Eren – “Köklü Değişim” jurnalisti 

Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri 

Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi 

Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi 

Mert Armağan – Jurnalist Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist 

Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı 

Yusuf Kaplan – Yazıçı, jurnalist 

Erdinc Teğmen – Erte Medya’nın sahibi 

Ahmet Çakar – Keçmiş millət vəkili

Halil Atakan Ay – İlahiyyatçı 

İsmail Kılıçarslan – TV NET, “Yeni Şafak” qəzeti 

Murat Şahin – Akıt TV- də proqram aparıcısı 

İrfan Kaya Ülger – Akıt TV- də proqram aparıcısı 

Fatin Dağistanlı – Akıt TV- də proqram aparıcısı 

Ömer Ulutaş – Toprak partiyasının sədri 

Ömer Faruk Gergerlioğlu – Millət vəkili

Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *