AFFA Hakimlər Komitəsinin növbəti iclası keçirilib.
Bakigundem.com xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
Tədbirin gündəliyinə aşağıdakı əsas məsələlər daxil edilib:
– Hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi;
– AFFA, UEFA və IFAB-ın yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin diqqətə çatdırılması;
– Yeni mövsüm üzrə əsas hədəflərin, gözləntilərin və idarəçilikdə keyfiyyət standartlarının müəyyənləşdirilməsi.
Müzakirələrin yekununda 2026/2027-ci illər mövsümü üçün hakim və hakim-inspektor siyahıları rəsmi olaraq təsdiqlənib.













Leave a Reply