Beyrutun şimal-şərqində Avkarda yerləşən ABŞ səfirliyinin yaxınlığında silah səsləri eşidilib.
Bakigundem.com xəbər verir ki, bu barədə “Ən-Nahar” qəzeti məlumat yayıb.
Bildirilib ki, Livan ordusu əraziyə aparan yolu kəsib.
Nəşrin məlumatına görə, Livan ordusunun şəxsi heyəti əmrlərə tabe olmadıqları üçün Əvkar nəzarət məntəqəsindən qaçmağa çalışan iki nəfərə atəş açıb.
Livan hakimiyyəti hələlik heç bir rəsmi açıqlama verməyib.













Leave a Reply