Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

ABŞ-də anomal istilər 25 nəfərin həyatına son qoyub

ABŞda təxminən bir həftədir davam edən güclü istilər nəticəsində 25 nəfər həyatını itirib.

Bakigundem.com xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Nyu-York şəhərində isti hava ilə əlaqəli xəstəliklər səbəbindən 378-dən çox nəfər təcili tibbi yardıma müraciət edib.

Ölkənin Milli Meteorologiya Xidməti (NWS) bildirib ki, ABŞ-nin şərq bölgələrində istilik xəbərdarlıqları qüvvədə qalır. Xidmətin proqnozuna əsasən, Vaşinqton, Filadelfiya, Baltimor, Reyli, Çarlston və Ceksonvil şəhərlərində rütubətlə birlikdə hiss olunan temperaturun 37,7–40,5 dərəcə arasında olacağı gözlənilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *