Azərbaycan gimnastları Maqsud Mahsudov və Hüseyn Abbasov batut gimnastikası üzrə Almaniyanın Kotbus şəhərində təşkil olunan Dünya kuboku seriyalarında kişi sinxron proqramının qalibi olublar.
Bakgundem.com xəbər verir ki, idmançılar mövsüm ərzində göstərdikləri sabit nəticələr sayəsində bu uğura imza atıblar.
Bundan əlavə, Dünya kubokunda Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda 51,510 xal toplayaraq qızıl medal qazanıblar.













Leave a Reply