“Qarabağ” – “Neftçi” matçının biletləri bu gün satışa çıxarılır

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən satışa təqdim olunacaq.

Bakigundem.com xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5-15 manat arasında dəyişir. Azarkeşlər biletləri bu gündən etibarən “iTicket.az” platforması vasitəsilə onlayn əldə edə bilərlər.

Qarşılaşma günü biletləri stadionun kassalarından və ya “iTicket.az” saytından almaq mümkün olacaq.

Stadiona giriş yalnız QR biletlərlə həyata keçiriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *