Afiz Quliyev veteran qılıncoynadanların dünya çempionatında 14-cü yeri tutub

Şpaqaçı Afiz Quliyev Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən veteran qılıncoynadanların dünya çempionatında 87-ci iştirakçı arasında 14-cü olub.

Bakigundem.com xəbər verir ki, 40 yaş üstü kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsində Yaponiya, Gürcüstan və Türkiyə qılıncoynadanlarına qalib gələn Afiz, pley-offda Belçika və Kanada təmsilçilərini mübarizədən kənarlaşdırıb. Afiz Quliyev ən güclü səkkizilliyə yüksəlmək uğrunda keçirilən görüşdə yarımfinala kimi irəliləyən rusiyalı Konstantin Semyonova 8:10 hesabı ilə uduzub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *