Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-yə gedəcək

Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 22-dən 25-dək ABŞ-də işgüzar səfərdə olacaq.

Bakigundem.com xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Harutyunyan özünün “Facebook” səhifəsində məlumat verib.

Məlumata görə, Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək.

Səfəri çərçivəsində Nikol Paşinyan BMT-nin baş katibi Antonio Quterreş və digər xarici həmkarları ilə görüşəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *