“Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq.
Bakigundem.com xəbər verir ki, Azərbaycan təmsilçisi İsrailin “Hapoel” (Beer-Şeva) komandasını qonaq edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəlib.
















Leave a Reply