Hakan Fidan Misirə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 13-14-də Misirə səfər edəcək.

Bakigundem.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Hakan Fidan Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən qəbul edilməsi və ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Nazirliyinin mənbələrinə görə, səfər zamanı Hakan Fidan və Misirin xarici işlər naziri Bədr Əbdülatinin həmsədrliyi ilə Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci iclası keçiriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *