Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığı genişləndirir

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə texnologiyaları sahəsində qüvvələrini birləşdirəcək, hərbi təcrübə mübadiləsi aparacaq və birgə təlimlər keçirəcəklər. 

Bakigundem.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, üç ölkə arasında hərbi əməkdaşlığın ilk addımı uzunmüddətli hərbi əməkdaşlığın təməlini qoyacaq hərbi personalın mübadiləsi olacaq. Birgə təlimlər potensial böhran vəziyyətlərində üç ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə töhfə verəcək.

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə də istehsal, texnoloji və tədqiqat imkanlarından istifadə edərək hərbi-sənaye kompleksində fəal əməkdaşlıq etməyi planlaşdırırlar. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *